Ölkəmizi tanıyaq!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində mühüm rol oynayan «Ölkəmizi tanıyaq» devizi ilə onların respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınıb. Bu şərəfə məktəbimizin 10”c” sinif şagirdləri Hüseynov Fərhad və Məmmədov Tural layiq görüldulər. Uşaqlara sag-salamat gedib qayıtmaqlarını diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi