"Uşaq Hüquqlarının Müdafiəsi"nin 25 illiyi

Bu gün məktəbimizin psixoloqu Fərqanə Əliyeva "Uşaq Hüquqlarının Müdafiəsi"nin 25 illiyinə həsr olunmuş tədbir keçirdi.Tədbirdə ibtidai sinif və 5-6-cı sinif şagirdləri iştirak etdilər.Tədbir "Uşaq himni" ilə başladı,uşaq hüquqları səsləndi,əlil uşaqların tibbi müayinə hüququ ilə bağlı kiçik səhnəcik göstərildi.Sülh quşu - göyərçini xatırladan geyimlərdə kiçik fidanlar öz rəqslərini nümayiş etdirdilər.Led ekranda uşaq hüquqları ilə bağlı slaydlar göstərildi.Tədbir "Dostluq himni" ilə başa çatdı.Sonda çıxış üçün söz məktəbimizin direktoru Nailə xanım Əhmədovaya verildi.Öz çıxışında Nailə xanım "Uşaq Hüquqlarının Müdafiəsi" günü münasibətilə uşaqları təbrik etdi və uşaqları hər zaman öz hüquqlarını bilməyə və hüquqlarının pozulmasına imkan verməməyə çağırdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi