Narkomaniyasız sağlam həyat sürək!

Məktəbimizin yuxarı sinif şagirdləri və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının birgə hazırladığı “ Narkomaniyasız sağlam həyat sürək! ” başlığı altında tədbir keçirildi. Şagirdlər bu tədbirə hazırlaşarkən narkotik barədə, bu pis vərdişin insan orqanizminə vurduğu zərbə, ailələrin faciəyə sürüklənməsi və ümumilikdə cəmiyyətə mənəvi ziyanı haqqında kütləvi informasiya mənbələrindən məlumatlanmışdılar. Bununla yanaşı mərkəzin əməkdaşlarının narkomaniya haqqında çıxışları və nümayiş etdirdikləri təqdimatlar şagirdlərdə narkomaniyaya qarşı nifrət hissini bir qədər də gücləndirdi. Tədbirdə iştirak edən müəllimlər çıxış edərək gənclərimizə narkomaniya kimi cəmiyyətimizə xas olmayan, milli-mənəvi dəyərlərimizə zidd olan bu bəladan uzaq durmağı tövsiyyə etdi. Məktəbin direktoru Nailə Əhmədova çıxışında gəncləri “ağ ölüm” adlanan belə bir vərdişdən uzaq olamağa çağırdı və belə maraqlı tədbirə görə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarına məktəbimizin kollektivi adından təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi