PAYIZ GƏLDİ

Oktyabr ayında məktəbimizin 2b sinfində ”Payız gəldi” adlı gözəl bir tədbir keçirildi. Tədbirdə ibtidai sinif şagirdləri, müəllimlər, valideynlər və məktəbin müdiriyyəti iştirak edirdi. 2b sinfinin müəllimi Alina Baloğlanovanın rəhbərliyi ilə uşaqlar tədbirin keçirildiyi məklanı öz əl işləri ilə payız mövzusunda bəzəməklə tədbirə payız abi-havası vermişdilər. Şagirdlərin kostyumları isə ilin dörd fəslinin və hər fəslin özəlliklərini təcəssüm etdirirdi. Uşaqlar fəsillərin gözəlliyi və fəsillərin insanlara bəxş etdiyi töhfələr haqda söhbət açdılar. Xüsusilə payız fəslini böyük şövqlə vəsf etdilər, şeirlər söylədilər, mahnılar oxudular. Tədbir həm şagirdlər, həm müəllimlər, həm də valideynlər tərəfindən çox bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi