Müəyyən miqdar saylarının mənaca növləri

Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı davam edir. Bu məqsədlə Elmira Asanovanın 6a sinfində “Müəyyən miqdar saylarının mənaca növləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə direktor, direktor müavinləri, bir qrup fənn müəllimləri iştirak etdi. Dərsin motivasiyası elekton lövhədə nümayiş etdirildi. Şagirdlər maraqlı müzakirələr, qruplar şəklində tədqiqatlar aparıb, tapşırıqları müzakirə edib nəticələri təqdim etdilər. Dərsin ən maraqlı məqamlarından biri şagirdlərin sayın gündəlik həyatımızdakı rolu ilə bağlı təqdim etdikləri səhnəcik oldu. Dərs dinləmədə iştirak edən müəllimlər açıq dərsin müzakirəsi zamanı müəllimənin qarşısına qoyduğu məqsədə nail olduğunu bildirdilər və 6a sinfinə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi