Bayraq mənliyimdir, Bayraq kimliyim

Məktəbimizdə bu gün 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlər keçirildi. Şagirdlər tərəfindən rəngarəng divar qəzetləri hazırlanıb nümayiş olundu. Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı tərəfindən hazırlanmış “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şagirdlər əsgər geyimində Dövlət Bayrağını səhnəyə çıxartdılar. Tədbir iştirakçıları bayrağa aid çoxlu şeirlər söylədilər, mahnılar ifa etdilər. Ardınca rus bölməsinin Azərbaycan dili müəllimləri Anaxanım Məmmədova və Gülnarə Rəsulzadə tərəfindən hazırlanmış “ Bir kərə yüksələn bayraq bir daha enməz” adlı növbəti tədbir keçirildi. Tədbirdə Bayrağımızın yaranma tarixi, rənglərinin mənası, şair və yazıçıların bu barədə söylədiyi fikirlər və şeirlər şagirdlər tərəfindən tamaşaçıların diqqətinə çatdırıldı. Növbəti tədbir isə ibtidai sinif müəllimi Xuraman Ağakişiyeva tərəfindən 4a sinfində keçirildi. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, tamaşa göstərdilər, mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi