Həyatınızı külə yox, gülə döndərin.

Yaxın günlərdə məktəbimizdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının “ Həyatınızı külə yox, gülə döndərin” başlığı altında siqaretin insan orqanizminə və ətraf mühitə zərəri haqda maraqlı bir görüş keçirildi. Görüş diskussiya xarakteri daşımaqla şagirdlərin aktiv iştirakı və fikir mübadiləsi ilə maraqlı və yaddaqalan oldu. Mərkəzin əməkdaşları Leyla Eyvazova və Səadət Hənifəyeva təqdimatlar nümayiş etdirdi, mövzu ətrafında müzakirələr aparıldı. Sağlamlığın düşməni olan siqaret çəkmə vərdişinin həm də cəmiyyətimiz üçün qeyri-etik davranış norması olduğu da qeyd olundu. Şagirdlər bu ziyanlı vərdişlə mübarizənin yollarını araşdırdılar. Nəticə isə birmənalı idi: Siqaretə yox deyək! Tədbirin sonunda məktəbin direktoru N. Əhmədova belə maraqlı bir tədbirin gənc nəslin sağlamlığının qorunmasında faydalılığını vurğulayaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarına bütün məktəb kollektivi adından təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi