Beynəlxalq Müəllimlər Günü

Bu gün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bəli, məhz şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisi olan şəxslərin günüdür. Bu münasibətlə məktəbimizdə tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanovanın təşəbbüsü ilə “Divar qəzeti” müsabiqəsi keçirildi. Müsabiqədə müxtəlif siniflər tərəfindən hazırlanmış divar qəzetləri sərgiləndi.Qəzetlərdə şagirdlərin müəllimlərinə həsr etdikləri şeirləri, rəsmləri və təbrikləri öz əksini tapmışdı. Məktəbin direktoru, direktor müavinləri və müəllimlər sərgiyə baxış keçirdilər. Sonda fərqlənən divar qəzetlərinin müəllifləri Fəxri Fərmanla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi