Sülh içində yaşa!

Sülh dinclik,əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. 21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. 21 sentyabr - Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq məqsədilə bu gün məktəbimizin müəllimləri “Sülh içində Yaşa” devizi altında bir sıra tədbirlər keçirtdilər. Alina Balaoğlanova 4b sinfində açıq dərs, Çiçək Əhmədova 2b sinfində rəsm müsabiqəsi və İqlimə Zöhrabova 5c sinfində inşa müsabiqəsi keçirtdilər , Almaz İsmayılova isə 2a sinfində divar qəzeti tərtib etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi