"BİLİK GÜNÜ"

Bu gün məktəbimizdə yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nailə Əhmədova qonaqları, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından bəhs etdi. Tədbir vətənpərvərlik, məktəbə aid mahnı və şeirlərlə davam etdi. Sonda məktəbə ilk qədəmlərini qoyan fidan balaların çıxışı dinlənildi və birinci zəng çalındı. Təhsil Naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2017-2018- ci tədris ilində ilk dərs məşğələləri “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı ” mövzusuna həsr olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi