Qusar yay düşərgəsi

Gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladlarının 150 nəfərdən çox qrupu üçün Qusar şəhərində yerləşən «N» saylı hərbi hissədə «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılmışdır. Bu münasibətlə bu gün Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda yola salınma mərasimi keçirildi. Məktəbimizin 8 "a" sinfinin əlaçıları Qurbanov Namiq Natiq oğlu və Əzizli Rafət Eyvaz oğlu da bu yay düşərgəsinə yola salındılar. Ümidvarıq ki, onlar düşərgədə məktəb kollektivimizi layiqincə təmsil edəcəklər!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi