Pedaqoji şuranın növbəti iclası

Pedaqoji şuranın illik fəaliyyət planına uyğun olaraq 21 iyunda Pedaqoji şuranın 2016-2017-ci tədris ilinin yekunlarına həsr olunmuş növbəti iclası keçirildi.İclası giriş sözü ilə Pedaqoji şuranın sədri Əhmədova Nailə açdı.Məruzəçi öz nitqində əktəbin illik fəaliyyətini yekunlaşdıraraq il ərzində pedaqoji heyətin əldə etdiyi uğurları,həmçinin yol verilmiş nöqsanları pedaqoji şura üzvlərinin diqqətinə çatdırdı.Sonra növbəti tədris ilində qarşıda duran vəzifələrdən söz açdı.Daha sonra söz təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimovaya verildi .Məruzəçi siniflər üzrə şagirdlərin illik müvəffəqiyyət göstəricilərini təqdim etdi. Fənn müəllimlərinin eləcə də sinif rəhbərlərinin fəaliyyətini yaxşılaşdıraraq qarşıdan gələn tədris ilində öz işlərini günün tələblərinə uyğun səviyyədə qurmağı tövsiyə etdi.İclasın sonunda məktəbimizin ingilis dili müəllimi məktəbimizin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirilərək təşəkkür elan edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi