Bir kərə yüksələn bayraq, bir daha enməz!

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika günü münasibəti ilə məktəbimizdə silsilə tədbirlər təşkil edilərək keçirildi. Divar qəzetləri buraxıldı, rəsm, şeir müsabiqələri keçirildi, inşa yazılar yazıldı. Məktəbimizin 2"b" sinfində də bu münasibət ilə tədbir keçirildi. .Tədbirdə şagirdlərin ifasında vətənpərvərliyə və müstəqilliyimizə həsr edilmiş şeirlər, mahnılar səsləndirildi, rəngarəng rəqslər , səhnəciklər təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi