Sağlamlığın şərtləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunmuş tədbirlər davam etməkdədir. Bu məqsədlə bu gün mayın 25-də Yeganə İsmayılovanın 6”a” sinfində “Saglamlığın şərtləri” mövzusunda “Açıq dərsi” təşkil olundu.Dərs” Sağlamlıq xöşbəxt həyatın əsas şərti və təminatıdır” devizi ilə başladı. Sağlam, uzunömürlü olmaq , fəal həyat tərzi keçirmək üçün şagirdlər hansı şərtlərə əməl etməyin lazım olduğunu açıqladılar. Şəxsi qiqiyena, ətraf mühiti təmiz saxlamaq, zərərli vərdişlərdən uzaq olmaq, idmanla məşqul olmaq, istirahət kimi şərtlərin olmasının vacibliyini vurğuladilar. Dərs prosesində slaydlardan, video materiallardan istifadə olundu. İdmanın insan həyatında mühüm rolu olduğunun təsdiqini, möhtərəm prezidentimiz İlham Əliyevin idman sahəsinə diqqət və qayğısı təsdiq edir. Vitse- prezident Mehriban xanım Əliyevanın da gənclərimizin idmana cəlb olunmasında böyük zəhməti və diqqəti var. Buna bariz misal ölkəmizdə keçirilən IV İslam Həmrəylik Oyunlarıdı. Təsadüfi deyil ki,Olimpiada zamanı ən çox qızıl və gümüş medallara layiq görülən Azərbaycan idmançıları oldu. Şagirdlərə bir daha aydın oldu ki, gözəl şairimiz O. Sarıvəllinin dediyi kimi “Hər kəs yüz il yaşamasa, günahı onun özündədir.” Dərs IV İslam Həmrəyliyi Oyunlarından video materialın nümayişi və bağlanış mərasimində vitse-prezident Mehriban xanım Əliyevanın çıxışı ilə tamamlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi