Şamaxıya ekskursiya

Mayın 20-də məktəbimizin 7"c" sinif şagirdləri bir qrup valideynlər və Təlim-tərbiyə işləri üzrə direktor müavini Nisə Qurbanlı ilə birgə ulu Azərbaycanımızın qədim Şamaxı torpağında ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlərimiz bu gözəl diyarın qədim tarixi abidələri , o cümlədən yenidən bərpa işləri aparılmış XII əsr tikilisi olan Cümə məscidi haqqında maraqlı məlumatlar aldılar. Həmçinin şagirdlər Şamaxı Astroloji Rəsədxanasında oldular.Bələdçi buradakı iş rejimi ilə onları yaxından tanış etdi. Bu tanışlıqdan sonra şagirdlər "Şirvansaray","Qobuland" istirahət mərkəzlərində dincəldilər. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxı hamını heyran etdi. Şagirdlər bu ekskursiyada xoş təəssüratlarla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi