Sağlam həyat tərzi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində may ayı “Sağlam həyat tərzi” mövzusuna həsr olunub.Həyat tərzi-insanın şəxsi təcrübəsi, adət-ənənələrinə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir.Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili onları zərərli vərdişlərdən çəkindirir, sağlam həyat tərzinə meyilləndirir. Ətraf mühitin sağlamlığının qayğısına qalan məktəblilər, eyni zamanda özlərinin də fiziki və mənəvi sağlamlığı barədə düşünürlər.Verilmiş mövzunun reallaşdırılması istiqamətində məktəbimizin 3"b" sinif şagirdləri sinif rəhbərləri Alina Baloglanovanın rəhbərliyi ilə müxtəlif fəaliyyətlər:" Sağlam həyat tərzi” mövzusu üzrə “Açıq dərs”, sinif təşkilat saatları, idman yarışları, şagird tədqiqtları və təqdimatları, müxtəlif araşdırmaların aparılmasını həyata keçirdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi