"Ulduz" Şokolad fabrikinə ekskursiya

"Ulduz" şokolad fabriki Azərbaycanda şokolad və karamellərin kütləvi istehsalı ilə məşğul olan müəssədir. Məktəbimizin 4”b” sinif şagirdləri mayın 17-də sinif rəhbərləri Gülnar Agayevanın rəhbərliyi ilə fabrikə ekskursiya etdilər. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, yüksək səviyyədə xidmət uşaqlarin xoşuna geldi: əvvəlcə şagirdlərə nəzəri biliklərlə tanış etdilər,bununla bağlı videoçarx nümayiş etdirildi. Sonra şagirdlər "Ulduz" şokoladlarından müxtəlif rəngarəng çeşidli məhsullarının hazirlanmasi mexanizmi ilə yaxından tanış oldular.Ekskursiya başa çatdıqda, hər bir şagirdə fabrik tərəfindən şokolad nümunələri hədiyyə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi