Qalibiyyət sevinci

Mayın 10-da Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. ABOEM DA-nın sədri cənab Akim Bədəlov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının tarixinə qızıl səhifələr yazmış Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsinin xalqımız üçün böyük uğur və xoşbəxtlik gətirdiyini qeyd etdi. Tədbirdə DA-nın məsul şəxsləri ilə birgə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, bir sıra məktəblərin direktorları, müəllimlər, şagirdlər və media nümayəndələri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbir çərçivəsində cari ilin mart –aprel aylarını əhatə edən “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə aparılan silsilə maarifləndirmə tədbirlərinin yekunu barədə məktəb direktorlarının və şagirdlərin çıxışları dinlənildi. Alternativ enerjiyə həsr olunmuş 7 nominasiya üzrə: ən yaxşı loqo, buklet, divar qəzeti, referat, əl işi, rəsm işi, minifilm müsabiqəsinin nəticəsi kimi I, II və III yerlərin qalibləri təntənəli şəkildə elan edildi. Fəxrlə deyə bilərik ki, bu mötəbər müsabiqədə məktəbimiz I yerə layiq görüldü. ABOEM DA-nın sədri cənab Akim Bədəlov məktəbimizin direktoru Nailə Əhmədovaya diplom və dəyərli hədiyyə təqdim etdi.Qeyd edək ki, məktəbimiz cari tədris ilinin mart ayında keçirilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “ Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” müsabiqəsində də qalib olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi