9 May -Faşizm üzərində qələbə gününə həsr olunmuş tədbir

Bildiyimiz kimi XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı. Böyük Vətən müharıbəsi illərində Azərbaycan xalqı həm ön cəbhədə , həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər.Bununla bağlı bu gün- 10 may tarixində Gülnar Ağayevanın rəhbərliyi ilə 4"b" və 2"c" sinfinin şagirdlərinin iştirakı ilə məktəbimizdə tədbir baş tutdu.Tədbirin qonağı 1941-45-ci il döyüşlərində böyük şücaətlə iştirak etmiş İmişli rayon Cəfərli kənd sakini veteran Nəsirov Əli Surxay oğlu oldu.Görüşdə müharibə veteranı keçdiyi şərəfli döyüş yolundan söhbət açdı,həmçinin bugünkü gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını , lazım gələrsə vətənin hər qarış torpağı uğrunda canından belə keçməyə hazır olmalarını vurğuladı.Onun çıxışı şagirdlər tərəfindən çox böyük maraqla qarşılandı.Sonda şagirdlər hazırladıqları şeirləri,mahnıları,səhnəcikləri təqdim etdilər.Bu görüşün təşkilinə görə Gülnar Ağayevaya minnətdarlıq bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi