Milli Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti

Bu gün məktəbimizdə “Milli Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə halların qarşısının alınması mədəniyyəti” adlı tədbir keçirildi. Həyəcan siqnalı verildi. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəbin foyesinə düzüldülər. Post, manqalar və siniflər öz yerini tutdu. Hərbi rəhbər Ələddin Cəfərov Qərargah rəisi Əzizə Kərimovaya raport verdi. Dövlət himni səsləndirildi. Məktəbin direktoru Nailə Əhmədova çıxış edərək Mülki Müdafiə haqqında geniş nitq söylədi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı onlara düzgün təxliyə olunmanın yollarını öyrətmək idi. Tədbirdə şagirdlərin iştirakı ilə tibb manqasının yaralıya tibbi yardım göstərməsi, yanğın zamanı yanğınsöndürmə manqasının üzvlərinin yanğını söndürməsi, əleyhqaz və sairə vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirildi. Həmçinin məktəbimizin idmançıları güləş və boks üzrə döyüş göstərdilər. Sonda hərbi - vətənpərvərlik mövzusunda mahni ifa edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi