İngilis dilində Danışıq klubunun təşkili

Aprel ayından məktəbimizdə İngilis dilində Danışıq klubu fəaliyyətə başladı.Danışıq klubu məktəbimizin müəllimləri Qasımova Şəfa və Salamova Gülşən təfəindən təşkil edilib. İngilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.Bu gün isə Danışıq klubunda İnkişaf Layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova və İnkişaf Layihələri sektorunun mütəxəssisi Aytən Hüseynova qonağımız olmuşdu.Onlar Şəfa xanımın bu gün keçirilən dərsində iştirak etmiş və şagird çoxluğuna baxmayaraq hər şagirdə individual yanaşımı, hərkəsi dərsə celb etməsi ,fəaliyyətlərdən kənar saxlamaması və ümumən təşkilatçılıq baxımından öyrədici dərs olduğunu bildirmişdilər.Yeniliklərə açıq,peşəsini sevən və şagirdləri tərəfindən sevilən yaradıcı Şəfa xanıma işərində uğurlar diləyirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi