Məktəblinin Kitab Klubu

Müasir dövrdə gənclərin çoxu mütaliə üçün internet məlumatlarını üstün tuturlar. Ancaq heç bir informasiya, heç bir qısa xülasə oxunan kitab qədər dolğun məlumat verə bilməz. Kitab oxuyan insan daha savadlı yazır və fikrini daha düzgün çatdıra bilir. Bu məqsədlə bu gün Nazim Hikmət adına Uşaq Kitabxanasının əməkdaşları “Məktəblinin Kitab Klubu” layihəsi əsasında məktəbimizin qonağı oldular. Onlar şagirdlərə kitabxanada olan və yeni nəşr olunan uşaq ədəbiyyatı haqqında məlumat verdilər, uşaqların mənəvi cəhətdən kamilləşməsi və zəngin potensialı olan şəxs kimi yetişməsi üçün asudə vaxtlarını kitabxanalarda keçirməyi tövsiyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi