"Alternativ Enerji aylığı"mızın yekunu

Məlum olduğu kimi, mart ayı Bakı məktəbləri üçün “Alternativ enerji” aylığı idi. Bu münasibətlə məktəbimizdə müxtəlif səpgili tədbirlər həyata keçirildi. Belə ki, divar qəzetləri, bukletlər, referatlar, maketlər hazırlandı, açıq dərslər keçirildi, şagirdlər tərəfindən təcrübələr aparıldı. Novruz şənliyi ilə keçirilən tədbirdə alternativ enerjiyə aid səhnəcik nümayiş etdirildi. Aylıq uğurla başa çatdırıldı. Bütün nominasiyalarda müsabiqə keçirilərək qaliblər elan edildi. Ay ərzində şagirdlərimiz alternativ enerji haqqında geniş məlumatlar əldə etdilər, araşdırmalar apararaq dərin məzmunlu referatlar yazdılar. Məktəbin bu sahədə ümumi fəaliyyəti həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, həm də ABOEM üzrə Dövlət Agentliyində müsabiqəyə təqdim ediləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi