Azərbaycanlıların Soyqırımı Günü

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bununla əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi. Tədbirdə ilk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən tarix müəllimi Haqverdi Cəfərov 31 Mart Azərbaycan xalqına qarşı törədilən soyqırımın səbəbləri, nəticələri, 1918-ci ilin siyasi-ictimai vəziyyəti, soyqırımın tarixi kökləri və mahiyyətindən bəhs edib, fikirlərini tarixi faktlarla əsaslandırdı. Eləcə də bildirdi ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində minlərlə dinc azərbaycanlı öldürülmüşdür.Sonda o, bu tarixi hadisə ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi