Gənc rəssamımızın uğurları

Bu gün məktəbimizə xoş bir xəbər gəldi.Məktəbimizin rus bölməsinin şagirdi Cəfərov Elmar Müşfiq oğlunun Xocalı Soyqırımının 25 illiyi münasibəti ilə 21-26.02.2017 İstanbul Dəniz Muzeyində və 15-19.02.2017 tarixində türkiyə OFD rəsm qalereyasında açılmış "Hocalı Soykırımı çoçukların gözü ile" Beynəlxalq uşaq rəsm sərgisində rəngli boya ilə çəkilmiş rəsm işi bəyənilmiş və o, uğurlu iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Bu,Elmarın yeganə nailiyyəti deyil. O, Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təsviri və tətbiqi sənət sərgisində iştirakına görə də "Fəxri Fərman" a layiq görülmüşdür. Uğurların davamlı olsun, Elmar!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi