Novruz şənlikləri

Novruz xalqımızın ən ulu və milli bayramıdır. Ölkəmizdə hər il təntənə ilə qeyd olunan bu bayram insanlara ruh yüksəkliyi, təravət bəxş edir, təbiət canlanır. Bu bayram məktəbimizin əksər siniflərində böyük sevinclə qeyd olundu. Uşaqlar Novruz adətlərinə uyğun olaraq xonçalar bəzədi, milli rəqslər ifa etdilər, haxışda söylədilər, şeirlər dedilər, səhnəciklər nümayiş etdirdilər. Novruz atributları olan Kosa, Keçəl tədbirləri daha da rövnəqləndirdi. Novruz şənliklərinin siniflərdə keçirilməsinin həm də şagirdlərdə milli ruhun formalaşmasında , adət-ənənələrimizə hörmət hissinin yüksəldilməsində xüsusi əhəmiyyəti oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi