“Klassik şairlərimizi tanıyaq və öyrənək” mövzusunda açıq dərs

Bu gün rus bölməsinin 4c sinfində ibtidai sinif müəllimi Lyubov Baqişevanın “Klassik şairlərimizi tanıyaq və öyrənək” mövzusunda açıq dərsi keçirildi. Dərsdə müəllim Azərbaycanın dahi söz sənətkarları Səməd Vurğun və Mirzə Ələkbər Sabirlə bağlı maraqlı slaydlar nümayiş etdirdi, şagirdlərə onlar haqqında ətraflı məlumatları müxtəlif vasitələrdən istifadə edərək çatdırdı. Şagirdlər hər iki şairin əsərlərindən parçalar söylədilər. Dərsin ən maraqlı məqamlarından biri şagirdlər tərəfindən Səməd Vurğunun “Vaqif” dramından hazırladıqları səhnəciyin təqdimatı oldu. Dərs çox rəngarəng keçdi, şagirdlərin S. Vurğunu və M.Ə.Sabiri daha yaxından tanımasında böyük rol oynadı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi