Açıq Dərs

Bu gün ilaxır çərşənbə- torpağ çərşənbəsi günü məktəbimizin coğrafiya müəllimi Püstə Abasovanın 7A sinfində “Torpağın quruluşu və xüsusiyyətləri” adlı nümunəvi dərsi keçirildi. Dərsdə xalqımızın ən ulu bayramı Novruz bayramının sonuncu çərşənbəsi olan torpaq çərşənbəsi və torpağın təbiətdə əvəzsiz rolu haqda söz açıldı. Şagirdlərə Azərbaycanın ayrı-ayrı regionlarının torpağı haqqında film nümayiş etdirildi, geniş məlumatlar verildi. Şagirdlər torpaqla müxtəlif təcrübələr apardılar, nəticələr əldə etdilər. Dərs həm elmi cəhətdən, həm də milli adət- ənənələrimizi təbliği baxımından çox maraqlı keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi