Qobustan Eksperimental Poliqonu və Təlim-tədris Mərkəzinə ekskursiya

Məktəbimizin “Alternativ enerji” mövzusu ətrafında fəaliyyətinin davamı 11.03.2017-ci il tarixində mektebimizin bir qrup müəllim və şagird kollektivinin Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Qobustan Eksperimental Poliqonu və Təlim - tədris mərkəzinə təşkil olunmuş ekskursiyada iştirakı oldu. Ekskursiyada Bakı məktəblərindən digər üç məktəb kollektivi də iştirak edirdi. Ekskursiyanın məqsədi alternativ enerji mənbələri ilə daha da yaxından tanış olmaq və bu sahədə daha əyani məlumatlar əldə etmək idi. Poliqonda şagirdlərimiz günəş pannelləri, külək turbinləri, alternativ enerji ilə təchiz olunmuş evləri gördülər, günəş şüaları ilə qızdırılan suyun istixanalara ötürülmə prosesi ilə tanış oldular. Həmçinin , İTV və AzTV televiziya kanallarının müxbirləri bu ekskursiyanı lentə alıb, şagirdlərimizdən müsahibə aldılar. Ekskursiyanın sonunda məktəblilər və müəllimlər üçün səmimi şəraitdə çay süfrəsi təşkil olundu. Ekskursiyadan hər kəs xoş təəssüratlarla geri döndü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi