Formula 1 könüllüləri ilə görüş

Bu gün Bakı Formula1 yarışlarının Könüllülər Akademiyasının koordinatoru Tural Hümbətov bir qrup könüllülərlə məktəbimizə qonaq gəlmişdilər. Məqsəd məktəbimizin şagirdlərini könüllülərin fəaliyyəti ilə yaxından tanış etmək, şagirdlərimizi gələcəkdə belə fəaliyyət növünə həvəsləndirmək idi. Könüllülər Formula1 yarışları ilə bağlı öz təəssüratları ilə bölüşdülər, Könüllülər Akademiyasının xətti ilə keçirilən təlimlərdən söz açdılar. Könüllülər şagirdlərimizin çoxsaylı suallarını cavablandırdılar və onlara belə layihələrdə könüllü kimi iştirak etməyi tövsiyyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi