Mülki Müdafiə Günü

Bu gün məktəbdə 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirildi. Tədbirin əvvəlində həyəcan siqnalı verildi. Müəllim və şagirdlərin buna hazırlığı yoxlanıldı. Düzülüşdən sonra himn səsləndi. Məktəbin direktoru və Qərargah rəisi Nailə Əhmədova çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Dərs hissə müdiri və Qərargah rəisi müavini Əzizə Kərimova və Hərbi rəhbər Ələddin Cəfərov bu sahədə gördükləri işlər barədə məlumat verdilər. Şagirdlər Mülki Müdafiə ilə bağlı öyrəndiklərini əyani şəkildə nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi