Xocalı faciəsi haqqında açıq dərs

Bu gün məktəbin rus bölməsinin 9 "c" sinfində tarix müəllimi Tamilla Seydiyevanın “Xocalı faciəsi” mövzusunda açıq dərsi oldu. Müəllimə dərsi çox maraqlı qurmuşdu. O, dərs zamanı “Xocalı” filmindən kadrlar və faciə ilə bağlı slaydlar göstərdi. Milli Qəhrəmanlar Əlif Hacıyev və Tofiq Hüseynovun doğulub boya-başa çatdıqları Xocalı torpağındakı qəhrəmanlıqlarından söhbət açdı. Dərsin sonunda BİBÖ cədvəlində şagirdlər fəal iştirak edərək bildikləri, öyrəndikləri və bilmək istədikləri məlumatları qeyd etdilər. Şagirdlər bu faciəni dünyada soyqırım kimi tanıtmaq üçün gələcəkdə nələr etmək istədiklərini söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi