Xocalı faciəsinin 25-ci ildönümü

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar növbəti tədbir məktəbin rus bölməsinin 4 "c" sinfində Azərbaycan dili müəllimləri Gülnarə Rəsulzadə və Anaxanım Məmmədovanın rəhbərliyi ilə keçirildi. Tədbirdə Xocalının qədim tarixi mədəniyyəti, Xocalının coğrafi mövqeyinin əlverişli olması, Qarabağdakı yeganə hava limanının məhz burda olması haqda danışıldı. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər , mahnılar ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Nailə Əhmədova çıxış edərək bildirdi ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Laçında, Xocalıda və digər rayonlarımızda dalğalanacaq! Tədbir Mədəniyyət kanalının “Təhsil və tərəqqi” verilişi tərəfindən lentə alındı və 28.02.2017- ci il tarixində efirə təqdim olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi