“Xocalısız 25 il - uşaqların gözü ilə” rəsm sərgisi

Məktəbimizdə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunmuşdur. Bu gün tədbirlərin davamı olaraq “Xocalısız 25 il - uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirildi. Məktəbin foyesində Qurbanova Nurdanın (2b), Novruzova Türkanın (6a), Şirinov Telmanın (6a), Qurbanova Fidanın (6c), Bağırov Cavidin (8c), Quluzadə Farizin (9a), Həsənova Xanımın (9c) və İnan Əminənin (9c) boyalarla çəkdikləri rəsmlər sərgiləndi. Rəsmlərdə şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmağı, hər tərəfdə silahlı ermənilərin dinc əhalini güllələməsi və onlara amansız divan tutması əks olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi