Ana dilimizi qoruyaq

Bu gün 21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar məktəbimizin rus bölməsinin 3c sinfində Azərbaycan dili müəllimi Gülnarə Rəsulzadənin “Ana dilimizi qoruyaq” mövzusunda nümunəvi dərsi keçirildi . Dərs ümummilli liderimiz H.Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikirlərlə başlandı. Şagirdlər tərəfindən musiqi dərsində öyrəndikləri E. Sabitoğlunun “Şirin dil” mahnısı ifa olundu. Dərsdə dilimizin gözəlliyi, incəliyi, saflığı və zənginliyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlərin ifasında ana dilimizə aid B.Vahabzadə, N. Xəzri, T.Bayram, X.R.Ulutürk kimi görkəmli şairlərimizin şeirləri və aforizmləri səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi