Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının təhlili

Bu gün 10a sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Asanovanın M. Füzulinin “Leyli və Məcnun” poemasının təhlili mövzusunda açıq dərsi keçirildi. Dərs ulu öndər Heydər Əliyevin dahi Füzuli haqqında fikirləri ilə başlandı. Şagirdlər Füzulinin yaradıcılığı, eləcə də şah əsəri olan “Leyli və Məcnun” poemasının müzakirəsində fəal iştirak etdilər, əsərdən parçalar söylədilər, “Leyli və Məcnun”un məktəb səhnəsini canlandırdılar. Dərsdə həmçinin dahi bəstəkar Ü. Hacıbəyovun ecazkar musiqisinin zirvəsi olan şərqin ilk operasından parçalar “Leyli və Məcnun” filmindən fraqmentlər nümayiş etdirildi. Mövzu ətraflı açıqlandı. Dərs hamıya çox böyük zövq verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi