Ekoloji mədəniyyət və incəsənət

Məktəbimizdə “Ekoloji aylıqlar” layihə çərçivəsində fevral ayı üçün “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu məqsədlə şagirdlər təqdimatlar hazırlayır, referatlar yazır, mövzuya uyğun stendlər təşkil edir, açıq dərslərdə iştirak edirlər. Belə ki, bu gün- 10.02.2017-ci il tarixində ibtidai sinif müəllimi Alina Balaoğlanovanın 3b sinfində” Ekoloji mədəniyyət” mövzusunda açıq dərs keçirdi. Dərsdə zəngin təbii sərvətlərə və inkişaf etmiş sənayeyə malik Azərbaycan Respublikasında ekoloji problemlərinn, bu problemlərin həlli üçün kompleks tədbirlərin keçirilməsinin mühüm bir vəzifə olaraq qarşıda durmasından bəhs edildi. Xüsusilə ekoloji mədəniyyətin hələ uşaq yaşlarından formalaşması zərurəti ön plana çəkildi. Şagirdlərə ekoloji mədəniyyətin bir hissəsi olan evdə, məktəbdə, ictimai yerlərdə ətraf mühitin çirklənmədən qorunması, yaşıllığın artırılması kimi tədbirlərin zəruriliyi aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi