203№-Lİ TAM ORTA MƏKTƏBİN X SİNİF ŞAGİRDİ “MÜASİR AZƏRBAYCAN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARI İŞIĞINDA” MÖVZUSUNDA ƏNƏNƏVİ ŞAGİRD-TƏLƏBƏ ELMİ KONFRANSINDA "BÖLMƏNİN ƏN YAXŞI MƏRUZƏÇİSİ" NOMİNASİYASININ QALİBİ OLMUŞDUR

Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında” mövzusunda ənənəvi şagird-tələbə elmi konfransı keçirilib. Şagird və tələbə elmi cəmiyyətlərinin təşkil etdiyi konfrans Məktəb-Lisey Kompleksinin bazasında Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə reallaşıb.Konfransın keçirilməsinin məqsədi Ulu Öndərin zəngin irsinə orta məktəblərin istedadlı yuxarı sinif şagirdlərinin tədqiqatçı kimi cəlb edilmələri, həm paytaxtda, həm də bölgələrdəki orta məktəblərlə BSU-nun əlaqələrinin möhkəmləndirilməsi, bu ali məktəbin müəllimlərinin orta təhsil müəssisələrinə, xüsusən də qaçqın məktəblərinə dəstək göstərməsidir. Plenar iclasda BSU-nun rektoru, professor Asif Hacıyev şagird-tələbə konfranslarına hələ 12 il əvvəl akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlandığını bildirib. Rektor bu cür tədbirlərin Ulu Öndərin yorulmaz fəaliyyəti, onun müstəqil Azərbaycan naminə gördüyü işlər barədə gənclərin məlumatlandırılmasında əvəzsiz rolundan danışıb.Konfransda çıxış edən 203№-li tam orta məktəbin direktoru Nailə Əhmədova çıxışı zamanı bildirdi ki, "belə konfranslar gənclərimizdə tədqiqat aparmaq bacarığı yaradır və günün sonunda nəticədən asılı olmayaraq burada iştirak edənlər artıq qalibdirlər".Məktəbimizin direktoru Nailə Əhmədovanın elmi rəhbərliyi ilə X sinif şagirdi İbadov Nürəddin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş XII Şagird-Tələbə Elmi Konfransında "Heydər Əliyev və İqtisadiyyat" elmi mövzusu üzrə "Bölmənin ən yaxşı məruzəçisi" nominasiyasına layiq görülmüş və diplomla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi