Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun adını daşıyan 203nömrəli məktəbdə qəhrəmanın anadan olmasının 60 illiyi ilə əlaqədar geniş tədbir keçirildi. Tədbirdə R. Əhmədovun keçdiyi şanlı döyüş yolu işıqlandırıldı. Şagirdlər vətən, qəhrəmanlıq və şəhidlik zirvəsi haqqında şeirlər söylədilər, mahnılar oxudular. Xüsusilə Riad Əhmədova həsr olunmuş səhnəcik tədbir iştirakçıları tərəfindən çox bəyənildi. Sonra “Qayıt Riad” filmindən fraqment nümayiş etdirildi. Sonda məktəbin direktoru Nailə Əhmədova çıxış edərək, belə gözəl tədbirə görə şagirdlərə təşəkkür etdi və gənclərə Riad Əhmədovun adına layiq olmağı, vətənlərini Riad kimi sevməyi tövsiyyə etdi. Tədbirdə qonaq qismində iştirak edən DTX-nin Səbail rayon idarə rəisi R. Məmmədov, filologiya elmləri doktoru, professor C. Qasımov, “Riad” adlı poemanın müəllifi şair-jurnalist M. Cavadlı və Səbail rayon məktəb direktorları iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi