31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bununla əlaqədar olaraq məktəbimizdə seminar keçirildi. Seminarda məktəbin tarix müəllimi Tamilla Seydiyeva 31 Dekabr tarixçəsini ətraflı şəkildə şərh etdi. Çıxışında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsinin ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında qərara alındığını xüsusi vurğuladı. Göstərdi ki, o vaxtdan etibarən bu gün hər il dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə qeyd edilir. Seminarın sonunda Tamilla Seydiyeva şagirdlərin mövzu ilə bağlı maraqlı suallarını cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi