N. Həsənzadənin 85 illik yubileyi

22 dekabr 2016-cı il tarixdə məktəbin şagird və müəllim kollektivinin 85 illik yubileyi münasibəti ilə xalq şairi, görkəmli dramaturq, publisist və ictimai xadim Nəriman Həsənzadənin görüşü keçirildi. Şagirdlər şairin şeirlərini söylədilər, şairin sözlərinə yazılmış mahnıları ifa etdilər və “Atabəylər” tarixi pyesindən səhnəcik nümayiş etdirdilər. Nəriman Həsənzadə şagirdlərin onun həyat və yaradıcılığına aid suallarına böyük həvəslə cavab verdi. N. Həsənzadə uşaqların çıxışlarını, maraqlı suallarını çox bəyəndiyini bildirdi, hətta bir neçə şeirini öz ifasında tədbir iştirakçılarına ərmağan etdi. Şagirdlərimizə sonuncu şeirlər kitabını hədiyyə verdi. Məktəbimizin gənc rəssamı 11b sinif şagirdi Bayramova şairin portretini ona hədiyyə etdi. Görüş çox səmimi və yaddaqalan oldu. Görüşdə məktəb kollektivi ilə yanaşı Səbail rayonunun məktəb direktorları, N. Hikmək adına kitabxananın əməkdaşları, “Qız qala”sı tarixi muzeyinin direktoru və valideynlər də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi