"Məktəblinin davranış qaydaları"

Bu gün məktəbimizin 1b sinfində Həyat bilgisi fənni üzrə Çiçək Əhmədovanın açıq dərsi keçirildi. Mövzu “ Məktəblinin davranış qaydaları” idi. Hələ yazıb-oxumağı yeni-yeni öyrənən bu fidan balalar əyani təqdimatlar üzrə suallara ətraflı cavab verməklə məktəbin davaranış qaydalarını çox gözəl bildiklərini nümayiş etdirdilər. Dərsin özəlliyi həm də onda idi ki, dərs 164 nömrəli məktəbin müəllimi Nahidə Əliyevanın rəhbərliyi ilə 1d sinfi ilə birgə keçirildi. Şagirdlər skayp vasitəsi ilə elektron lövhədə 164 nömrəli məktəbin şagirdləri ilə ünsiyyət qurub maraqlı müzakirələr apardılar. Dərsdə iştirak edən müəllimlər bu təcrübədən bəhrələndiklərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi