Heydər Əliyev və Azərbaycan tarixi

Bu gün Azərbaycan Milli Tarix muzeyində Səbail İcra Hakimiyyətinin tövsiyyəsi ilə 6 nömrəli məktəb-liseyin tarix müəllimi Elmin İmanovun redaktorluğu ilə “ Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimat mərasimi oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilmiş Səbail məktəblilərinin elmi-praktik konfransında dinlənilmiş məruzələr toplusu kitab halında işıq üzü görmüşdür. Məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyəti ilə yanaşı tarix fənninə və ümumilikdə Azərbaycanın tarixinə marağı artırmaq olmuşdur. Fəxrlə qeyd edirik ki, kitaba daxil olan məruzələr içində məktəbimizin 10A sinif şagirdi Aysel Hacıyevanın “ Repressiya qurbanları” məzmunlu məruzəsi yer almışdır. Elmi rəhbər məktəbin tarix müəllimi Haqverdi Cəfərovdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi