Milli Qəhrəman Riad Əhmədov

Bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Riad Fikrət oğlu Əhmədovun ad günüdür. Yaşasaydı, bu gün 60 yaşı tamam olacaqdı. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsində çalışan Riad Əhmədov 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarından qorumaq üçün silaha sarıldı. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdi, lakin 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşdü. Məktəbimizin müəllim-şagird kollektivi fəxr edirik ki, məktəbimiz Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun adını daşıyır. Hal-hazırda məktəbimiz Riad Əhmədovun 60 illik yubileyini geniş şəkildə qeyd etməyə hazırlaşır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi