REPRODUKTİK SAĞLAMLIQ.

Reproduktiv sağlamlıq – fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Bu təkcə reproduktiv sistemlə onun funksiyası və problemləri ilə bağlı xəstəliklərin olmaması demək deyildir. Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Yəni hər bir gənc ailədə qadın istədiyi sayda uşaq dünyaya gətirə bilər. İnsan təbiətin məhsuludur.İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı ilk növbədə reproduktivliyi, nəsil artırmaq qabiliyyəti yaxşılaşır və formalaşır. Bu sağlamlığın təməli yeniyetmə dövründə yaranır və bütün həyatboyu qorunub-saxlanılır. Məhz buna görə bu gün məktəbimizdə Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkili ilə reproduktiv sağlamlıqla bağlı VI və VII sinif qızları üçün təlim keçirilmişdir. Təlimçi Tağıyeva Bənövşə bu mövzu ilə bağlı şagirdlətimizi məlumatlandırmış, reproduktiv sağlamlığın mahiyyətini yeniyetmələrə izah etmişdir. Qeyd edək ki, dünyanın 140-dan artıq ölkəsi reproduktiv sağlamlıqla bağlı qanun qəbul edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi