“Yol işarələri”

Bu gün məktəbimizin 1b sinfinin şagirdlərinin iştirakı ilə yol hərəkəti qaydalarına həsr edilmiş “Yol işarələri” adlı tədbir keçirildi. Tədbirdə məktəbin 1a və 1c sinif şagirdləri, müəllimlər və valideynlər tamaşaçı qismində iştirak etdi. Hələ yazıb-oxumağı yeni öyrənən birincilər yol nişanlarına dair bilik və bacarıqlarını nümayiş etdirdilər, mövzuya uyğun səhnəciklər göstərdilər. Balaca fidan balaların belə bir tədbiri necə ərsəyə gətirməkləri hamının təəccübünə və qüruruna səbəb oldu. Sonda söz 1b sinfinin rəhbəri Çiçək Əhmədovaya verildi. Çiçək müəllimə uşaqlara yol hərəkətinə dair biliklərin öyrədilməsinin mühüm iş olduğunu vurğulayaraq, bu işdə valideynləri də çox diqqətli və məsuliyyətli olmağa çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi