Dahi mütəfəkkir

Bu gün məktəbimizin ədəbiyyat müəllimi Anaxanım Soltanovanın 8b sinfində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş açıq dərsi keçirildi. Dərsin əvvəlində Nizami Gəncəvinin yaradıcılığını əks etdirən slaydlardan ibarət təqdimat nümayiş etdirildi. Dərs müasir tələblərə uyğun qrup işi ilə davam etdi. Qruplar Nizami Gəncəvinin fəaliyyətinə uyğun “ŞAİR”, FİLOSOF”, “HƏKİM” adlandırıldı. Qrupların cavablarında Gəncəvinin əsərlərindəki demokratiya, bərabərlik, qadın azadlığı, zəhmət, sülh məsələlərinin tərənnüm edilməsi, dahi şairin ədəbiyyat tariximizdə müstəsna xidmətləri, bədii-estetik və elmi-fəlsəfii fikirləri ön plana çəkildi. Dərs dahi Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin sözlərinə yazılmış M. Maqomayevin ifasında “Sənsiz” və Bülbülün ifasında “Sevgili canan” əsərlərinin sədaları altında keçdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi