“Ölkəmizi tanıyaq”

Məktəbimizin 9-cu sinif şagirdləri Quluzadə Fariz və Yusubov Nihad Səbail rayonu İcra hakimiyyətinin dəstəyi ilə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 17.11.2016- 20.11.2016 tarixlərində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfər etmişlər. Təşəbbüskarı Prezident İlham Əliyev olan bu aksiyanın məqsədi gənc nəslin bölgələrimizin tarixi, memarlıq abidələri və mədəniyyəti ilə yaxından tanış olmaqdır. Şagirdlərimiz Gəncə şəhərində Heydər Əliyev parkında olmuş, dahi Nizaminin məqbərəsini ziyarət etmiş, Məhsəti Gəncəvinin ev-muzeyinə, Göygöl rayonunda Bayraq meydanına, Şəmkirdə alman kilsəsinə və digər tarixi yerlərə ekskursiya etmişlər. Uşaqlar həmçinin intellektual oyunlarda uğurla iştirak etmişlər. Belə dəyərli layihə şagirdlərimiz dünyagörüşünün artırılması ilə yanaşı, həm də onlarda vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi