Milli Dirçəliş günü

Səbail rayonu Riad Əhmədov adına 203 nömrəli məktəbdə 17 noyabr Milli Dirçəliş gününə həsr edilmiş tədbir keçirildi. Tədbir Azərbaycanın himni ilə başladı. Sonra söz məktəbin direktoru Nailə Əhmədovaya verildi. Nailə müəllimə məktəbin bütün kollektivini bu bayram münasibəti ilə təbrik etdi. Məktəbin direktoru 1988-ci ildə baş verən siyasi hadisələrdən və bu hadisələrə qarşı xalqın antisovet hərəkatından söhbət açaraq vurğuladı ki, bu hadisələr milli-azadlıq hərakatı kimi Respublikamızın istiqlaliyyət qazanması üçün əsas amillərdən biri oldu. Sonra söz şagirdlərə verildi. Onlar Milli Dirçəliş gününə həsr edilmiş şeirlər söylədilər, mahnılar oxudular. Tədbir Azərbaycanın milli rəqsi olan yallı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi