“Azərbaycanımızı tanıyaq”

Bu gün məktəbimizin 4B sinfinin iştirakı ilə “Azərbaycanımızı tanıyaq” adlı məzmunlu, maraqlı bir tədbir təşkil olundu. Tədbiri 4B sinfinin müəllimi Ağayeva Gülnar açdı. Gülnar müəllimə bugünkü tədbirin məqsədinin vətənimizin dörd regionu: Şəki, Gəncə, Lənkəran və Quba kimi tarixi ərazilərimizi daha yaxından tanıtmaq olduğunu bildirdi və uşaqların bu tədbirə böyük həvəslə hazırlaşdıqlarından danışdı. Tədbir Azərbaycanın dövlət himni ilə başladı. Sonra 4B sinfi 4 qrupa bölünərək ayrı-ayrı regionların tarixi, memarlıq abidələri, mədəniyyəti və qonaqpərvərliyi ilə bizi tanış etdi. Hər qrupun çıxışının sonunda həmin regiona həsr olunmuş mahnılar, rəqslər ifa olundu. Sonra isə Şəki, Gəncə, Lənkəran və Qubanın milli mətbəxlərinin təamları nümayiş etdirildi. Bütün qrupların çıxışları böyük maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Nailə Əhmədova şagirdlərə müraciət edərək bu tədbirin əhəmiyyətini vurğuladı və şagirdlərimizin milli dəyərlərimizə, tariximizə, mədəniyyətimizə böyük marağından razı qaldığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi